Avtomobil ilə yük maşını toqquşub, xəsarət alan var

Avtomobil ilə yük maşını toqquşub, xəsarət alan var
22:27 12 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tərtər rayonu, Sarıcalı kəndi ərazisində "Mercedes" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, dərhal nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 19:25-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/478818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR