İkimərtəbəli ev yanıb

İkimərtəbəli ev yanıb
22:32 12 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində bir otaq, aynəbəndin yanar konstruksiyaları, ev əşyaları 45 m2 və ikinci mərtəbədə otağın döşəməsi 25 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/478819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR