Bağlanan 10 bankın qorunan əmanətçilərinə 286 milyon manat kompensasiya ödənilib

Bağlanan 10 bankın qorunan əmanətçilərinə 286 milyon manat kompensasiya ödənilib
23:22 12 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 12 oktyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 803 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 50 milyon 853 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə  17 milyon 977 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 849 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 104 miyon 484 min  manatdan artıq kompensasiya ödənilib.

Fonddan Milli.Az-a verilən məlumata görə, 12 oktyabr 2016-cı il tarixdə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 13 milyon 839 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 846 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 15 milyon 685 min manatdan artıq kompensasiya ödənilib.

12 oktyabr 2016-cı il tarixdə "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 955 min 721 manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 977 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 024 min manatdan artıq kompensasiya ödənilib.

12 sentyabr 2016-cı il tarixdə QSC "Bank Standard" KB-nin qorunan  əmanətçilərinə 20 milyon 452 min  manat artıq kompensasiya ödənilib

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 285 milyon 647 min manatdan artıq kompensasiya ödənilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR