DƏHŞƏT! Gecə evə kamera yerləşdirdilər, tezdən oyananda şoka düşdülər (VİDEO)

DƏHŞƏT! Gecə evə kamera yerləşdirdilər, tezdən oyananda şoka düşdülər (VİDEO)
23:38 12 Oktyabr 2016
401 Maraqlı
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Pəncərə" verilişində maraqlı sujet yayımlanıb. Müşahidə kameralarına düşən müəmmalı varlıqlar. Daha çox kinolarda görmüşük. Amma real həyatda da gözlə görənlər olur. Sosial media tükürpədici kadrlarla aşıb-daşır. Dünyanın ən müxtəlif ölkələrində təhlükəsizlik kameralarına yansıyan qaraltılar, kölgələr izləyənləri dəhşətə gətirir.

Bəzən bu varlıqları gözlə görmək də mümkün olur. Hər halda canlı şahidlər belə iddia edirlər. Bəzən isə onları öz gözlərimizlə görə bilmirik, əvəzində kameralara çox açıq-aşkar şəkildə düşürlər.

Nədir, yaxud kimdir onlar? Bu sual illərdir öz aktuallığını qoruyub saxlayır. Mütəxəssislər bu cür görüntüləri necə izah edir? Axı bəşəriyyətdə belə görüntülərdən dəhşətli qorxu hissi keçirən, xəstəlik tapan bir xeyli insan var. Kimisi ruhlar deyir, kimisi cinlər, kimisi də buna, sadəcə, insan övladının gözünə görünən aldadıcı təsvir kimi baxır.

Hər halda dünyanın kabusuna çevrilən bu varlıqlar qorxutmaqda davam edir. Mövzu ilə bağlı həkim-psixoterapevt, parapsixoloq Cabbar Qurbanovla görüşdük.

Cabbar Qurbanov: "Bəzi işıq dalğaları var ki, biz onları görmürük. Həmin işıq dalğaları müəyyən yerlərdən keçəndə, süzüləndə insanabənzər forma ala bilir. Amma bu, məsələnin tam izahı deyil, bir versiyadır. İnsanın ətrafında fiziki bədəndən əlavə, daha 6 bədən mövcuddur. Fiziki bədənlə birlikdə cəmi 7 bədəndir. İnsan dünyasını dəyişdikdən sonra, fiziki bədən hələ dağılma prosesində olanda, energetik bədən fiziki bədəndən ayrılır və ən azı 1 həftə yaşaya bilir. Eyni zamanda, fiziki bədənimizin yaxınlığında çoxsaylı məxluqlar var".

Doğrudur, montaj edilərək yayılan saxta görüntülər də çoxdur. Amma canlı şahidlərin görüb dilə gətirdiyi faktlar da var axı.

Bu cür naməlum qüvvələrin var olub-olmadığını yoxlamaq üçün gənclər gecə boş otağa kamera yerləşdiriblər. Səhərə kimi otağa heç kim girmir. Səhər həmin çəkilmiş videoya baxış keçirilir və kameraya düşən görüntülər şok effekti yaradır. Əgər otağa heç kim daxil olmursa, o zaman əşyaların öz-özünə tərpənməsinə səbəb nə ola bilər axı?

Müxtəlif ölkələrdə sıravi insanların əl kamerası, yaxud telefonla çəkiliş edərkən kadra düşən naməlum görüntülər də uzun illər danışılıb.

Bəzən ağ geyimli, bəzən oyuncaq obrazlı, bəzən də qorxunc simalı görünən bu qüvvələr varsa, kimdilər və hardan peyda olublar. Yox, əgər yoxdursa, insanları vahiməyə salan nədir?

Videonu izləmək üçün şəklə klikləyin:

Gecə evə kamera yerləşdirdilər, tezdən oyananda şoka düşdülər - TÜKÜRPƏDİCİ GÖRÜNTÜLƏR


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/171948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR