Afinada 8 ildən sonra eyni mağazaya yenə hücum olub

Afinada 8 ildən sonra eyni mağazaya yenə hücum olub
02:12 13 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/Afinanın mərkəzində bomba partlayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ilkin məlumata əsasən,xəsarət alan yoxdur.
İnformasiyaya görə, partlayış nəticəsində "Elefteri skepsi" ("Azad fikir") mağazası dağılıb.
Məlumatda bildirilib ki, 2008-ci ilin yayında da həmin dükana 15-ə yaxın maskalı anarxist yandırıcı qarışıq olan şüşə butılkalarla hücum edərək, gizlənmişdilər.
Xəbərdə bildirlib ki, xarakterindən partlayışı yenə anarxistlrin törətdiyi ehtimal edilir.
Məlumata görə, Ekzarxia rayonunda anarxist qruplaşmaların mənzil-qərargahları yerləşir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/afinada-8-ilden-sonra-eyni-magazaya-yene-hucum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR