ABŞ Dövlət Departamentinin sözçüsü: "Gürcüstandakı seçkilər yaxşı təşkil olunmuşdu"

ABŞ Dövlət Departamentinin sözçüsü: "Gürcüstandakı seçkilər yaxşı təşkil olunmuşdu"
02:47 13 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkisi yaxşı təşkil olunmuşdu".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri bildirib.
"ATƏT təmsilçiləri dəyərləndirməsinə görə, seçkilər fundamental hüquq və azadlıqlara əsasən cavab verib", -deyə o vurğulayıb.
İnformasiyaya əsasən, o, bəzi seçki məntəqələrində zorakılıq hallarının baş verdiyidən təəssüfləndiyini bildirib: "ABŞ bu zorakılığı mühakimə edir və onları dərindən araşdırmaöa çağırır".
MSK-nın məlumatına görə,hakim "Gürcü arzusu" partiyası səslərin 48,65 faizini, müxalifətdə olan "Milli Birlik Hərəkatı" 27,21 fazini toplayıblar. Beş faizli baryeri keçən siyasi təşkilatlardan biri də "Gürcüstan Vətənsevərlər Alyansı"dır.

Xəbərin orijinal ünvanı: http://report.az/region/abs-dovlet-departamentinin-sozcusu-gurcustandaki-seckiler-yaxsi-teskil-olunmusdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR