Bakıda üç maşın toqquşdu, yaralanan var

Bakıda üç maşın toqquşdu, yaralanan var
03:14 13 Oktyabr 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, üç avtomobilin toqquşması ilə nəticələnən qəza Buzovna qəsəbəsində qeydə alınıb.

 

İdarə etdiyi “Hyundai” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan 24 yaşlı Orxan Məmmədov idarəetməni itirib. Nəticədə onun maşını “Toyota” markalı iki avtomobilə çırpılıb.

 

Qəza nəticəsində “Hyundai” deformasiyaya uğrayıb və sürücü Orxan Məmmədov xəsarət alıb. O, xəstəxanaya aparılıb.

 

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya sürücü Orxan Məmmədovun avtomobili yüksək sürətlə idarə etməsi və hava şəraitini nəzərə almaması səbəb olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR