Bakıda 26 yaşlı kişi bıçaqlandı

Bakıda 26 yaşlı kişi bıçaqlandı
03:44 13 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

 

Musavat.com xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. 26 yaşlı Süleyman Musazadə iki bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyata götürülüb. Əməliyyatdan sonra həkimlər Süleyman Musazadənin həyatı üçün təhlükə olmadığını bildiriblər.

 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir. Süleyman Musazadəni bıçaqlayan şəxsin tutulması istiqamətində tədbirlər görülür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR