28 yaşlı qız özünə ərə getdi

28 yaşlı qız özünə ərə getdi
04:29 13 Oktyabr 2016
129 Digər
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə rəfiqələrinin toy və nişan şəkillərinə tamaşa etməkdən bezmiş 28 yaşlı kanadalı qız Keyt Simpson özü özünə ərə gedib.

 

Virtualaz.org “The Huffington Post” nəşrinə istinadən xəbər verir ki, ötən il sevgilisindən ayrılmış qız bu ayrılığı çox pis keçirib və depressiyaya düşüb.

 

Rəfiqələrinin də bir-birinin ardınca ərə getməsi kanadalı qızı lap özündən çıxarıb və o qərara alıb ki, özü özünə ərə getsin və bəysiz toy etsin. 28 yaşını qeyd edən qız toy mərasiminə 100-ə yaxın qonaq dəvət edib.

 

Yeri gəlmişkən, valideynləri Keytin bu seçimini dəstəkləyiblər. Adət-ənənələrə uyğun olaraq, atası qızını gəlinlik geyimində altara aparıb. Anası isə bildirib ki, gəncliyində onun da seçim imkanı olsaydı, indiki ərinə deyil, özünə ərə gedərdi.

 

Amma toydan sonra Keyt Simpsonun, deyəsən, “bəxti açılıb”. Hazırda onun oğlan sevgilisi var və özünə ərdə olan qız xoşbəxtdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR