"Bonito" salatı - FOTO

"Bonito" salatı - FOTO
07:05 13 Oktyabr 2016
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az "Bonito" salatının hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Vanilli kremlə bananlı pirojna

Tərkibi: 

250 q toyuq filesi
3 yumurta
130 q koreya üsulu yerkökü
100 q pendir
mayonez 
göyərti (bəzək)
duz

Toyuq filesini qaynadın. Elə bulyonunda da soyudun (onda file quru olmur). Soyuyandan sonra uzun-uzun doğrayın. Salat qabının dibinə döşəyin. Üzərinə mayonez çəkin. 

İkinci lay - koreya üsulu yerköküdür. Yenə mayonez çəkin. 

Pendiri sürtgəcin xırda gözündən keçirin. Mayonezin üzərindən döşəyin. 

Yumurta ağlarını sürtgəcdən keçirib pendirin üzərinə döşəyin, mayonez çəkin. 

Sonuncu lay sürtgəcin xırda gözündən keçirilmiş yumurta sarılarıdır. 

Bəzək kimi koreya üsulu yerkökü və göyərtidən istifadə edə bilərsiniz. Konditer şprisinin köməyilə mayonezdən güllər qoyub ətrafını yerkökü və göyərti ilə bəzəyin. Süfrəyə verməzdən öncə salatı 2 saat otaq temperaturunda saxlamaq lazımdır. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/478474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR