Qocalmağa qoymayan möcüzəvi qida

Qocalmağa qoymayan möcüzəvi qida
07:42 13 Oktyabr 2016
186 Ölkə
Ölkə mətbuatı
A- A+

Sağlamlıq üçün faydalı olan yumurta dəri gözəlliyi üçün də yararlıdır.

İndiki dövrdə stress, yuxusuzluq və ətraf mühitin təsirindən dəri daha tez qocalır. Yaşlılıqla mübarizə aparmaq üçün yumurtanın gücündən yararlana bilərsiniz.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər yumurtanın tərkibindəki mineralların hüceyrələri yeniləyici xüsusiyyəti olduğunu bildirirlər. Həmçinin, bədəndəki oksigenin daha yaxşı paylanmasını təmin edir.
E vitamin mənbəyi olan yumurta qoz, fındıq, ət, balıq, yaşıl yarpaqlı bitkilər və alma ilə yeyildikdə daha faydalı hala gəlir.
Yumurtanın tərkibindəki C vitamini də yaşlanmağı əngəlləyir. Qırışların yaranmasının qarşısını alır, həmçinin yeni yaranmış incə qırışların açılmasını təmin edir.
Yumurtanın yanında əsl C vitamini anbarı olan yaşıl bibər, çiyələk, pomidor və kivi yeyərək qocalığı ən az 5 il təxirə sala bilərsiniz.
Qeyd edək ki, yaşlanma prosesi 25-30 yaşdan etibarən başlayır. Ona görə də elə bu yaşlardan başlayaraq qidalanma rejiminizə diqqət etməli, yaşlanma prosesini gecikdirən qidaları menyunuza daxil etməlisiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR