Odessada fövqəladə vəziyyət: 11 yaşlı uşaq ölüb - FOTO

Odessada fövqəladə vəziyyət: 11 yaşlı uşaq ölüb - FOTO
07:57 13 Oktyabr 2016
112 Dünya
Ölkə mətbuatı
A- A+

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vilayətdə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə M.Saakaşvili özünün "Feysbuk" səhifəsində yazıb.
 
"Mənim qərarımla Odessa vilayətində təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edilib. Güclü külək 3 nəfərin, o cümlədən 11 yaşlı uşağın ölümünə səbəb olub. Hazırda 100-dən çox yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib", M.Saakaşvili yazıb.
 
O qeyd edib ki, vilayət administrasiyasında fövqəladə vəziyyətlə əlaqədar operativ qərargah işə başlayıb: "Təbii fəlakətlə əlaqədar məktəblərdə dərsləri ləğv etməyi, fövqəladə vəziyyət üzrə xidmətlər istisna olmaqla, dövlət müəssisələrində işlərin məhdudlaşdırılmasını tövsiyə edirik. Külək zəifləməyənədək sakinləri evdən çıxmamağa çağırırıq".

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR