“Apple” əlavə 14-15 milyon “iPhone” sata bilər

“Apple” əlavə 14-15 milyon “iPhone” sata bilər
08:05 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın "Samsung" şirkətinin "Galaxy Note 7" smartfonlarının istehsalını dayandırmasından sonra onun bazardakı əsas rəqibi, ABŞ-ın "Apple" korporasiyasının səhmlərinin dəyəri 2016-cı il ərzində ən yüksək səviyyəyə qalxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yaranmış vəziyyətdə "Apple"ın proqnozlaşdırılandan xeyli artıq "iPhone" satacağı gözlənilir.   
 
Hələ "Samsung"un istehsalı dayandırmaq qərarından əvvəl "S&P" analitiki Angelo Zino "Note 7"dəki problemlərin bəzi "Android" istifadəçilərini "iOS"a keçməyə sövq edəcəyini və bunun nəticəsində "Apple"ın bazar payının 1% həcmində yüksələ biləcəyini söyləyib. İDC şirkətinin məlumatına əsasən "Samsung" II rüb etibarilə 22,4% bazar payına malik olub və bu, "Apple"ın 11,8%-lik bazar payının iki qatıdır. A. Zino cari rübdə "Aplle"ın əlavə 14-15 milyon ədəd "iPhone" sata biləcəyini proqnozlaşdırıb: "ABŞ-dakı böyük telefon operatorları "Note 7" satışlarını dayandırıb. Müştərilər bu məhsulu başqa məhsulla dəyişə bilər. "Apple"ın mənafeyi baxımından daha sərfəli rəqabət mühiti yaranacağını və önümüzdəki 12-18 ayda daha çox "Android" istifadəçisinin "Apple"ın əməliyyat sisteminə keçəcəyini təxmin edirik".
 
A. Zino "Note 7" telefonlarında yaşanan problemin "Samsung"un bundan sonrakı məhsullarına da mənfi təsir göstərəcəyini düşünür

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/478687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR