60 yaşlı kişi 1 il 12 yaşlı qızı TIR-da zorlayıb

60 yaşlı kişi 1 il 12 yaşlı qızı TIR-da zorlayıb
08:08 13 Oktyabr 2016
4943 Dünya
Ölkə mətbuatı
A- A+

60 yaşlı kişi 1 il ərzində TIR-da 12 yaşlı qıza təcavüz edib. Publika.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə İzmirdə baş verib.

60 yaşlı Y.T polisə ifadə verərəkən bildirib ki, 12 yaşlı qızın 17 yaşlı bacısı ilə də bir neçə dəfə cinsi münasibətdə olub.

Oğurluq etdiyi üçün 1 il müddətində azadlıqdan məhrum edilən qızların anası 2 ay öncə azadlığa çıxıb. 12 yaşlı qızının davranışlarından şübhələnən ana, ondan nə olduğunu soruşub. Qız isə anası həbsdə olarkən, bibisinin keçmiş əri tərəfindən müxtəlif zamanlarda 1 il ərzində TIR-da təcavüzə məruz qaldığını bildirib. Hadisəni öyrənən ana, polisə şikayət edib.

60 yaşlı Y.T polis tərəfindən saxlanılıb. Onun üzərindən axtarış zamanı cinsi gücü artırıcı 28 həb tapılıb.

Təcavüzkar çıxarıldığı məhkəmədə ittihamları qəbul etməyib. O, qızların öz istəyilə birlikdə olduğunu bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR