Yeni ilin ilk iş gününün başlanğıcında Rusiya rublunun məzənnəsi dollar və avroya nisbətdə yenidən düşüb.
ANS PRESS xəbər verir ki, Moskva birjasının məlumatına görə, ticarətin ilk dəqiqələrində bir dollar 3,3 rubl yüksələrək 59,3 rubla çatıb. Bir avro isə 69,8 rubla satılır.
Keçən həftənin nəticəsinə görə, dünya bazarında neftin qiymətləri düşməkdə davam edir. Belə ki, London birjasında Brent markalı neftin bir bareli 0,88 dollar azalaraq 55,54 dollara düşüb.
Nyu-York birjasında isə 0,97 dollar enərək bir barel neftin qiyməti 51,72 dollar təşkil edib.