Ukrayna Azərbaycana 4,62 min ton şəkər satıb

Ukrayna Azərbaycana 4,62 min ton şəkər satıb
08:12 13 Oktyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Sentyabrda Azərbaycan Ukraynadan 4,62 min ton şəkər alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ukrayna şəkər istehsalçıları bu ilin sentyabrında 39,9 min ton şəkər ixrac ediblər. Bu, son beş il ərzində rekord göstəricidir. Ötən ay Ukrayna Gürcüstana 6,43 min ton, Şri-Lankaya 11,52 min ton şəkər satıb.

"Ukrtsukor" Assosiasiyasının proqnozlarına görə, yerli istehsalçılar təqvim ilinin sonunadək 250 min ton şəkər ixrac edəcəklər.

Assosiasiya, həmçinin Aqrar Siyasət və Ərzaq Nazirliyinə Avropa İttifaqına şəkər tədarükü üzrə tarif kvotalarının 15 dəfə (300 min tonadək) artırılması təklifi ilə müraciət edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR