“Skype”da rus dilinə tərcümə funksiyası yaradıldı

“Skype”da rus dilinə tərcümə funksiyası yaradıldı
08:27 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Skype" audio-video əlaqə xidmətində zənglərin və mesajların real rejimdə rus dilinə tərcüməsi funksiyası yaradılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bu barədə "Skype" xidmətinə sahib olan "Microsoft" açıqlama yayıb.
 
Rus gili "Skype Translator"da istifadəçilərin sinxron tərcümə üçün istifadə etdiyi 9-cu dil olub. Daha əvvəl ingilis, alman, fransız, italyan, ispan, portuqal, ərəb və Çin (mandarin ləhcəsi) dillərində tərcümə var idi. Tərcümə həm kişi, həm də qadın səsi ilə səsləndirilir, eləcə də titr şəklində göstərilir.
 
"Microsoft"dan bildiriblər ki, "Skype Translator" işin gedişində təkmilləşdirilir və nə qədər çox adam xidmətdən istifadə edəcəksə, tərcümənin keyfiyyəti də o qədər yüksək olacaq. Rusca tərcümə funksiyası "Windows 7" və proqramın daha sonrakı versiyaları yüklənmiş şəxsi kompüterlərdə, eləcə də Android və ya iOS əməliyyat sistemləri ilə çalışan planşet və smartfonlarda keçərlidir. "Windows 10 Anniversary Update" yüklənmiş cihazlarda qoşulma avtomatik olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/478689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR