“Oskar” mükafatlarında rekord

“Oskar” mükafatlarında rekord
08:52 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

26 fevral 2017-ci ildə sahiblərini tapacaq 89-cu "Oskar" mükafatları üçün "Əcnəbi dildə ən yaxşı film" nominasiyası üzrə filmlərin adları açıqlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu nominasiyada qalib olmaq üçün rekorda sayda - 85 film mübarizə aparacaq.

Bu vaxta qədər ən çox namizəd isə 2014-cü ildə 83 film olmuşdu.

Bu siyahı dekabr ayında 9-a enəcək. 24 yanvar 2017-ci ildə isə 5 filmdən ibarət son siyahı açıqlanacaq.

Qalib olmaq üçün ən güclü namizədlər "Toni Erdmann" və "Elle" filmləri göstərilir.

2011-ci ildə "Ayrılıq" filmi ilə "Oskar" alan iranlı Əsgər Fərhadinin yeni "Satıcı" filmi də namizədlər arasındadır.

Türkiyə də siyahıda təmsil olunub. "Kalandar Soğuğu" adlı film güclü rəqiblərinə qarşı yarışacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/478842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR