“Samsung”un “Note 7” faciəsi - 19 milyard $ itki

“Samsung”un “Note 7” faciəsi - 19 milyard $ itki
09:05 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Samsung Electronics" şirkəti "Galaxy Note 7" smartfonlarının satışlarının tam dayanması nəticəsində 19 milyard dollara qədər gəlirdən məhrum ola bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu "Credit Suisse" bankının mütəxəssisləri bildiriblər. Ekspertlər deyiblər ki, şirkət satmağı planlaşdırdığı 19 milyon ədədə yaxın smartfonu bazarda reallaşdıra bilməyəcək.
 
2015-ci ildə "Samsung"un ümumi gəliri 179 milyard dollar təşkil edib. "Samsung Galaxy Note 7"də problem aşkarlandıqda proqnozlaşdırılırdı ki, şirkət problemli smartfonları geri çağırmaqla 5 milyard dollar gəlirdən məhrum olacaq. Bu qiymətləndirmə ona əsaslanırdı ki, "Samsung" problemləri həll edərək bu ilin IV rübündə satışları bərpa edəcək. Lakin alışan və partlayan smartfonlarla dəyişdirilən, təhlükəsiz olduğu bildirilən yeni "Note 7"lərdə də analoji qüsurlar aşkarlandıqdan sonra şirkət istehsalı dayandırmağı qərara alıb. Qərardan sonra Cənubi Koreya birjasında şirkət səhmlərinin dəyəri 8% aşağı düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/478686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR