"Lester"in sahibi yeni yaxtasına klubun stadionunun adını verib

"Lester"in sahibi yeni yaxtasına klubun stadionunun adını verib
09:32 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ İngiltərənin "Lester" futbol klubunun sahibi Viçay Şrivaddxanaprabxa 11 milyon funt sterlinqə yaxta alıb.
"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, 116 fut (35 metr) uzunluğunda olan yaxtaya klubun ev oyunlarını keçirdiyi "The King Power" stadionunun adı verilib. Su nəqliyyatında 5 dəbdəbəli kayuta yerləşdirilib. Yaxta saatda 48 km maksimal sürət yığa bilər.
Qeyd edək ki, "Lester" ötən mövsüm İngiltərə çempionu olub. Yeni mövsüm öncəsi Viçay Şrivaddxanaprabxa komandanın hər bir futbolçusuna "BMW i8" avtomobili hədiyyə edib. 







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR