Qazaxıstan prezidentinin qızı atasının səhhəti barədə danışıb

Qazaxıstan prezidentinin qızı atasının səhhəti barədə danışıb
09:47 13 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev özünü kifayət qədər yaxşı hiss edir.
"Report" "Tengrinews.kz" portalına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında senator, respublikanın liderinin qızı Dariqa Nazarbayeva məlumat verib.
Qeyd edək ki, daha əvvəl prezidentin mətbuat xidməti Nursultan Nazarbayevin müalicə aldığını bildirmişdi. "O, soyuqdəymə ilə əlaqədar planlı müalicə kursu keçir. Ümumi vəziyyəti heç bir narahatlığa əsas vermir", - deyə Qazaxıstan prezidenti mətbuat katibi Aydos Ukibay söyləmişdi.
Xatırladaq ki, xəstəliklə əlaqədar Nursultan Nazarbayev Azərbaycana və oktyabrın 14-də Yerevanda keçiriləcək KTMT sammiti üçün Ermənistana səfərlərini ləğv edib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/qazaxistan-prezidentinin-qizi-atasinin-sehheti-barede-danisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR