Qazaxıstan prezidentinin qızı atasının səhhəti barədə danışdı

Qazaxıstan prezidentinin qızı atasının səhhəti barədə danışdı
09:53 13 Oktyabr 2016
18 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev özünü kifayət qədər yaxşı hiss edir.

"Report" "Tengrinews.kz" portalına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında senator, respublikanın liderinin qızı Dariqa Nazarbayeva məlumat verib.

Qeyd edək ki, daha əvvəl prezidentin mətbuat xidməti Nursultan Nazarbayevin müalicə aldığını bildirmişdi. "O, soyuqdəymə ilə əlaqədar planlı müalicə kursu keçir. Ümumi vəziyyəti heç bir narahatlığa əsas vermir", - deyə Qazaxıstan prezidenti mətbuat katibi Aydos Ukibay söyləmişdi.

Xatırladaq ki, xəstəliklə əlaqədar Nursultan Nazarbayev Azərbaycana və oktyabrın 14-də İrəvanda keçiriləcək KTMT sammiti üçün Ermənistana səfərlərini ləğv edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR