Bakıda üzərində xəsarətlər olan kişi meyidi tapılıb.
Milli.Az bildirir ki, bu barədə Trend-ə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 12-də baş verib. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində küçədən üzərində xəsarətlər olan meyit tapılıb. Aparılan araşdırmalar zamanı meyidin Məmmədov Zakir Fərrux oğlu olduğu müəyyənləşib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq orqanında cinayətin baş vermə səbəbləri araşdırılır.
Milli.Az