2017-ci ildə uçan avtomobillər satışa çıxarılacaq (VİDEO)

2017-ci ildə uçan avtomobillər satışa çıxarılacaq (VİDEO)
10:35 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Tezliklə fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillər reallığa çevriləcək. Belə ki, 2017-ci ildə "AeroMobil 3.0" adlı uçan avtomobil satışa çıxarılacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" resursuna istinadən yazır ki, Slovakiya şirkəti sözügedən avtomobillərin istehsalını həyata keçirəcək.

"AeroMobil 3.0" avtomobilinin təqdimat videosu hələ 2014-cü ildə "YouTube" video hostinqində yerləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bərabərdir.

"Aeromobil" uçan avtomobili səmada saatda 200 km-dək sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində boş məkana malik olmalıdır. Gələcəyin avtomobili  havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədir.

"Aeromobil" uçan avtomobilinin qiyməti 200 min avro təşkil edir. Bundan başqa, belə avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm də pilot lisenziyası tələb olunur.

Emil Hüseynov




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR