Məşhur boksçu TİTULLARINDAN İMTİNA ETDİ

Məşhur boksçu TİTULLARINDAN İMTİNA ETDİ
10:43 13 Oktyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

Britaniyalı superağırçəkili boksçu Tayson Fyuri WBA və WBO versiyaları üzrə dünya çempionluğu titullarından imtina edib.

Publika.az xəbər verir ki, idmançıya yaxın mənbə onun bütün diqqətini müalicəyə yönəltməsi üçün belə addım atdığını vurğulayıb.

2015-ci il noyabrın 28-də Almaniyanın Düsseldorf şəhərində baş tutan sonuncu döyüşündə Fyuri ukraynalı Vladimir Kliçkonu məğlub etmişdi. Revanş qarşılaşması isə iki dəfə tibbi səbəblərdən ertələnib.

Bir müddət əvvəl Fyurinin iki dopinq testinin müsbət nəticələndiyi haqda xəbərlər yayılmışdı. Buna görə britaniyalı idmançı bütün titullarından və lisenziyasından məhrum ola bilər.

Pərviz Hikmət

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR