Daha bir telekanalın yayımı dayandırıldı

Daha bir telekanalın yayımı dayandırıldı
10:53 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fəaliyyət göstərən daha bir televiziya kanalının yayımı dayandırılıb.

Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "İnteraz" telekanalının "Azərspace" peykində yayımının dayandırılması ilə bağlı qərar qəbul edib.

Bu gün axşam saat 18:00 radələrindən etibarən kanal yayımdan çıxarılıb. Nazirliyin hansı səbəbdən belə bir qərar verməsi hələlik açıqlanmır. (repartyor.tv)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR