Mişviqin yeni filminin təqdimat günü bəlli oldu - FOTO

Mişviqin yeni filminin təqdimat günü bəlli oldu - FOTO
11:05 13 Oktyabr 2016
25 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Müşviq Şahverdiyevin "Gizlənpaç" filminin təqdimat günü bəlli olub.

Axşam.az-ın məlumatına görə, ekran işi noyabrın 11-dən etibarən şəhərin bütün kinoteatrlarında nümayiş olunacaq. 

"Çox böyük əziyyətlər çəkdik, çətinliklərlə üz-üzə gəldik, amma sonda meydana əla bir film çıxardıq. Çox iddialıyıq, gözəl filmdir", - deyə M.Şahverdiyev bildirib. 

Qeyd edək ki, ekran işində M.Şahverdiyevlə yanaşı, İlkin Misgərli, Zarina Qurbanova və Səməd Səfiyarov rol alıblar. Romantik komediya janrında olan filmin rejissoru Elmir Süleymanovdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/478886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR