Məşhur müğənni Məhərrəmlikdən şikayətləndi: "Mənim başqa biznesim yoxdur axı, toylarla dolanıram ancaq"

Əməkdar artist Mətanət İsgəndərli Məhərrəm ayında toyların olmamasından şikayətlənib.

Big.az-a danışan əməkdar artist bildirib ki, ancaq toylarla dolandığı üçün Məhərrəmlik ayında qazanc əldə edə bilmir:

"Məhərrəmliyin bizə maliyyə tərəfdən çox böyük təsiri olur. Qarışqa kimi yığıram, Məhərrəmlikdə başlayıram xərcləməyə. Mənim başqa biznesim yoxdur axı, toylarla dolanıram ancaq. Ona görə də Məhərəmlikdə qazancım olmur. Amma bir tərəfdən də fikirləşirəm ki, dincəlirəm".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR