Sona çatan hökmranlıq: Obamanın “bataqlıq” öncəgörməsi və...

Sona çatan hökmranlıq: Obamanın “bataqlıq” öncəgörməsi və...
11:28 13 Oktyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya-Amerika münasibətlərində növbəti dövr başa çatıb. Rusiya ilə hərbi münaqişə təhlükəsi artır. Sıfır riskin olduğu variant sadəcə yoxdur”.

Publika.az xəbər verir ki, bunu “The National İnterest” nəşrində Xarici Siyasi Tədqiqatlar İnstitutunun böyük elmi işçisi Nikolas Qvozdev yazıb.

Bill Klinton administrasiyası 1993-cü ildə hakimiyyətə gəlməsi ilə iki ölkənin strateji əməkdaşlığı qaydaya salmağa söz verdiyini bildirən analitik hər şeyin Kosovo əməliyyati ilə əlaqədar səslənmiş qarşılıqlı ittihamlarla bitdiyini qeyd edib.

“Hətta general Uesli Klark Rusiya sülhməramlılarını Priştinaya buraxmamaq üçün III Dünya Müharibəsinə başlamağa hazırlaşdı. 2001-ci ilin yayında kiçik Corc Buş və Vladimir Putin münasibətləri qaydaya salmağa söz verdilər. Ancaq Buşun prezidentlik müddəti sona yaxınlaşanda Rusiya Gürcüstana soxuldu və onun partiyasının əksər üzvləri Rusiyanın təcavüzünə güclə cavab verməyə çağırdılar. Barak Obama Rusiya ilə münasibətləri yenidən bərpa etməyə hazırlaşırdı. Amma onun prezidentlik müddətinin sonuna həftələr qalıb. Amerika və Rusiya qoşunlarının birbaşa toqquşma təhlükəsinə baxmayaraq, mühasirəyə alınmış Hələbdə Rusiyanın aviazərbələrinə son qoymaq üçün Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyinin nümayəndələri ondan Suriyada qumda xətt çəkməyi tələb edirlər”, - o, yazıb.

Nikolas Qvozdev bildirir ki, Kreml Ağ Evin növbəti sahibinin kimliyini passiv şəkildə gözləmək istəmir: “Rusiya vəziyyəti öz xeyrinə dəyişdirmək üçün hərəkət etməyə davam edir. ABŞ-ın hökmranlığı dövrü mümkündür ki, artıq sona yaxınlaşır: “İsgəndər”raketləri Kalininqradda yerləşdirilib, Rusiya NATO-nun şərq cinahını möhkəmləndirmək cəhdlərini bloklayır, mülki müdafiə sahəsində genişmiqyaslı proqram həyata keçirilir, ABŞ-ın ənənəvi müttəfiqləri - Türkiyə və Filippinlə Vaşinqtonun əlaqələrinin zəiflədilməsinə yönəlik səylər göstərilir, Kuba və Vyetnamdakı əvvəlki hərbi bazalara qayıtmağa cəhd göstərilir”.

Onun sözlərinə görə, Putin bu bazaları əsasən Vaşinqtonla əməkdaşlıq münasibətlərinin qaydaya salınmasında öz marağını nümayiş etdirmək üçün bağladı. Analitik bildirir ki, Rusiya hazırda həmin bazalara qayıtmaq istəyir və bu, Vaşinqtona ən güclü siqnalıdır:“Bu, siqnaldır ki, Moskva Vaşinqtonla münasibətlərin ibərpasına marağı itirib. Putin bunun əvəzində ABŞ-ın yeni prezidentinin Rusiyanın təsiri ilə barışmasını istəyəcək. Siqnal son dərəcə aydındır: Rusiyanın niyyətləri son dərəcə ciddidir. Görünür ki, ABŞ xəbərdarlığı ciddi qəbul etməyib”.

Nikolas Qvozdev xatırladır ki, ötən il Səudiyyə Ərəbistanı və ABŞ sürətlə aşağı düşən neft qiymətləri fonunda Rusiyanın Yaxın Şərqdə möhkəmlənə bilməyəcəyini hesablayırdı. Lakin, onun sözlərinə görə, bu hesablama səhv idi: “Bu gün məhz Səudiyyə Ərəbistanı neftin qiymətini yüksəltmək üçün axtarışlara başlayıb. Halbuki Rusiyanın dövlət şirkəti “Rosneft” bildirir ki, hasilatın həcmini aşağı salmaq üçün heç bir səbəb yoxdur. Suriya Obamanın proqnozlaşdırdığı kimi Rusiya üçün bataqlığa çevrilmədi. Rusiya və Türkiyənin əməkdaşlıq münasibətləri normallaşdı, əvəzində Ankara və Vaşinqtonun münasibətləri pisləşdi”.

Analitik qeyd edir ki, Moskva həmçinin öz qırmızı xətlərini çəkir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR