"Əsl sürpriz edən komanda Azərbaycandır"

"Əsl sürpriz edən komanda Azərbaycandır"
11:32 13 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

"Son seçmə oyunlarında kifayət qədər gözlənilməz nəticə qeydə alınıb. Bunlardan biri Çexiya və Azərbaycanın heç-heçəsidir".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın "Spartak" klubunun sabiq futbolçusu Aleksandr Bubnov deyib.

Rusiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsinin son oyunlarını təhlil edib. Bubnov San-Marino və Norveçi 1:0 hesabı ilə üstələyib, Çexiya ilə qolsuz heç-heçə edən Azərbaycan yığmasının çıxışına da toxunub: "Cari tsikldə əsl sürpriz edən komanda Azərbaycandır. Bu komanda öz qrupunun lideri olan Almaniyadan cəmi 2 xal geri qalır. İnkişaf aşkar görünür. Azərbaycanlılar Norveçi məğlub edib və səfərdə Çexiyaya uduzmayıblar. Nəticədə bu komanda arxada qalan 3 oyunda məğlub olmayıb. Azərbaycan və İslandiya yığmalarının nəticələri belə deməyə əsas verir ki, futbolun səviyyəsi yüksəlməkdədir. Artıq istənilən rəqiblə matçda xal itirmək mümkündür. Heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz".
 
Qeyd edək ki, yığmamız 7 xalla C qrupunda 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 3 oyunda 9 xal toplayan Almaniya başçılıq edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR