"Mənə şər atılıb" - Maşallah Əhmədov

"Mənə şər atılıb" -   Maşallah Əhmədov
11:37 13 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

 

 

Fanat.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M.Əhmədov bildirib ki, istintaqın düzgün aparılmadığına görə bir neçə dəfə vəsatət verib: "Mənə şər atılıb. Müdafiə hüququm pozulub. Mən məhkəmədən xahiş edirəm ki, bu işi ibtidai istintaqa qaytarasınız".

 

Məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib.

 

Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

(APA)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR