Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlarda yeni qaydalar

Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlarda yeni qaydalar
11:37 13 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında "Qaz təchizatı haqqında", "Elektronika haqqında", "Su təchizatı haqqında", "Telekommunikasiya haqqında" qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR