Bakıda tanınmış professor tələbələrin gözü qarşısında öldü - FOTO

Bakıda tanınmış professor tələbələrin gözü qarşısında öldü - FOTO
11:44 13 Oktyabr 2016
139 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakıdakı universitetlərdən birində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bakı Biznes Universitetində dərs deyən tanınmış alim, professor Qüdrət Əbdülsəlimzadə dərs zamanı auditoriyada vəfat edib.

 

Qeyd edək ki, Q.Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olub. O, Bakı Metropolitenində rəhbər vəzifədə çalışıb və daha sonra pedoqoji fəaliyyətə keçib.

 

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Universitetində də müəllim dərs prosesi zamanı vəfat etmişdi.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR