Tanınmış azərbaycanlı aktrisa oğlu ilə eyni serialda - FOTO

Tanınmış azərbaycanlı aktrisa oğlu ilə eyni serialda - FOTO
12:05 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan tanınmış aktrisa Məlahət Abbasova oğlu ilə eyni serialda çəkilir. O bu haqda Milli.Az-a danışıb.

"Oğlum Uğur da mənimlə birgə TRT-də yayımlanan "Sevda quşun qanadında" adlı serialda çəkilir. Bu serialda o, kiçik bir roldadır. Oğlum əslində aktyor deyil, sadəcə rejissorumuz Tuncay Altıntop istədi ki, o oynayaraq alışsın. Oğlumu çox çətinliklə bu rolu oynamağa yola gətirdik. Uğur kinooperatorluq kursunda oxuyur. Gələcəkdə kinooperator olmaq istəyir", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR