Şimali irlandiyalı futbolçu: "Azərbaycanı məğlub edə bilsək..."

Şimali irlandiyalı futbolçu: "Azərbaycanı məğlub edə bilsək..."
12:12 13 Oktyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

"Almaniyaya qarşı oynamaq çox çətindir. Çünki bu komanda dünyanın ən güclü futbolçularından təşkil olunub".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının müdafiəçisi Li Hodson deyib.

DÇ-2018-in seçmə mərhələsinin III turunda Almaniyaya (0:2) məğlub olan britaniyalılar 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşırlar. Hodson yerli mətbuata açıqlamasında almanları kiminsə qabaqlayacağına inanmadığını bildirib: "Almanlarla 90 dəqiqə mübarizə aparmaq üçün klubunda müntəzəm çıxış etməlisən. Amma istənilən halda lazım olduğun zaman komandana kömək etməyə hazır olmalısan. İnanmıram ki, kimsə qrupda birinciliyi onların əlindən alsın. Bütün futbolçuları top-klublarda oynayan dünyanın ən güclü yığmasından bəhs edirik. Onlara qarşı oynamağın özü bizim üçün böyük təcrübədir".
 
25 yaşlı sağ cinah müdafiəçisi gələn ay Belfastda Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə də danışıb. O, hazırda 7 xalla ikinci yerdə gedən yığmamıza qalib gəlməyə çalışacaqlarını söyləyib: "Azərbaycanla oyundan əvvəl ümidlənməyə çox əsasımız var. Bilirik ki, bu görüş bizim üçün çox vacibdir. Final mərhələsi üçün şanslarımızı davam etdirmək istəyiriksə, qələbə qazanmalıyıq. Aydın məsələdir ki, birincilik üçün Almaniya ilə yarışmaq çox çətindir. Amma qrup ikinciliyi uğrunda mübarizə aparacaq gücümüz var. Hədəfimiz də pley-offda iştirak edəcək komandalardan biri olmaqdır. Azərbaycanı gələn ay məğlub edə bilsək, ikinci pilləyə yüksələcəyik. Bu da mart ayından sonrakı period üçün çox önəmlidir.
 
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan qarşılaşması noyabrın 11-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR