Gömrükçülər Azərbaycana psixotrop maddə keçirmək istəyən şəxsi saxlayıb

Gömrükçülər Azərbaycana psixotrop maddə keçirmək istəyən şəxsi saxlayıb
12:22 13 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana idarə etdiyi “Iveco” markalı yük avtomobili ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın fürsətdən istifadə edərək şalvarının cibindən çıxararaq yerə atdığı plastmas borucuğun içindəki bir ədəd bükümdə, xalis çəkisi 0,335 qram olan metamfetamin aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gomrukculer-azerbaycana-psixotrop-madde-kecirmek-isteyen-sexsi-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR