“Heç kim bizə inanmırdı” – Robert Prosineçki

“Heç kim bizə inanmırdı” –  Robert Prosineçki
12:27 13 Oktyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

"Seçmə mərhələnin sürpriz komandalarından biriyik”. Fanat.Az  xəbər verir ki, bu sözləri goal.com saytına açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.


DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışları barədə danışan xorvatiyalı mütəxəssis insanların onlara inandığını ifadə edib: “Heç kim bizim bu nəticələri əldə edəcəyimizə inanmırdı, lakin biz hər komanda ilə başabaş mübarizə aparacağımıza inanırıq. Heyətimizdə çoxlu oyunçular var və özümüzə güvənirik. Norveçlə matçda aldığımız qalibiyyət və Çexiyadakı heç-heçə bizim üçün önəmli nəticələrdir. Artıq Azərbaycanda bir futbol coşqusu var. İnsanlar bizə inanırlar".


Qeyd edək ki, yığmamız seçmə mərhələdə keçirdiyi 3 oyuna 7 xal toplayıb. Milli komandamız növbəti görüşünü noyabrın 11-i səfərdə Şimali İrlandiyaya qarşı keçirəcək.


Fanat.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR