Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib
12:27 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Məşhur italyan yazıçı, dramaturq, rejissor, aktyor, rəssam, görkəmli mədəniyyət xadimi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Dario Fo 91 yaşında vəfat edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu ilin mart ayında D.Fo 90 illik yubileyini yeni tamaşa ilə qeyd etmişdi.
O, son vaxtlara qədər fəallığını qoruyur və çoxlu işləyirdi, publika və jurnalistlərlə tez-tez görüşürdü.
İtaliya baş naziri Matteo Rentsi bildirib ki, D.Fonun vəfat etməsi ilə ölkə mədəni həyatının böyük fiqurunu itirib. "Onun teatr axtarışları, yaradıcılığı dünyada böyük italyan irsi qoyub", - deyə İtaliya hökumət başçısı bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR