Avropada ən sürətli internet hansı ölkədədir?

Avropada ən sürətli internet hansı ölkədədir?
12:35 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

 “Akamai” rabitə operatoru tərəfindən keçirilmiş tədqiqatın nəticələri bəli olub. Tədqiqat internetin
ən sürtli olduğu ölkəni müəyyənləşdirmək məqsədi ilə keçirilib. “ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, məlumata görə, Norveç Avropada internetin sürəti üzrə birinciliyi ələ keçirib. Belə ki, Norveçdə 2015-ci illə müqayisədə internetin orta sürəti 55% yüksəlib. Eyni zamanda Norveç dünya reytinqində 20.1 Mbit/san internet sürəti göstəricisi ilə yalnız Cənubi Koreyadan (27 Mbit/san) geridə qalır.

19.5 Mbit/san göstəriciyə malik Honkonq internetin sürəti üzrə dünya reytinqində üçüncü pillədə qərarlaşıb. Avropada internetin sürəti üzrə əvvəlki lider İsveç isə 18.8 Mbit/san göstərici ilə dördüncü olub.

Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR