Saakaşvili fövqəladə vəziyyəti elan etdi

Saakaşvili fövqəladə vəziyyəti elan etdi
12:38 13 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili güclü qasırğa ilə əlaqədar vilayətdə fövqəladə vəziyyət elan edib.

Publika.az xəbər verir ki, o, bu haqda “Facebook”dakı səhifəsində yazıb.

“Ağaclar və elektrik dirəklərinin yıxılması nəticəsində üç nəfər, həmçinin 11 yaşlı uşaq həlak olub. 100-dən artıq yaşayış məntəqəsində elektrik yoxdur. Vilayət administrasiyası yanında fövqəladə vəziyyət üzrə qərargah işləyir”, - Saakaşvili bildirib.

O, həmçinin külək sakitləşənə kimi vətəndaşları evdən çıxmamağa çağırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR