İranda xüsusi xidmət orqanları terror aktının qarşısını alıb

İranda xüsusi xidmət orqanları terror aktının qarşısını alıb
12:42 13 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ İran xüsusi xidmət orqanları Aşura günü xarici terrorçulardan ibarət qrupu saxlayaraq və partlayıcı maddə ələ keçirərək terror aktının qarşısı alıb.
"Report" xəbər verir ki, bu barədə IRIB telekanalına açıqlamasında İranın kəşfiyyat və milli təhlükəsizlik naziri Mahmud Ələvi deyib.
Onun sözlərinə görə, saxlanılan şəxslərdən 100 kq-dan artıq partlayıcı maddə müsadirə edilib.
Əməliyyat İranın cənubundakı Fars əyalətində həyata keçirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-randa-xususi-xidmet-orqanlari-terror-aktinin-qarsisini-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR