800 min ABŞ dollarını ölkədən çıxarmaq istəyərkən tutuldu - FOTOLAR

800 min ABŞ dollarını ölkədən çıxarmaq istəyərkən tutuldu - FOTOLAR
12:43 13 Oktyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Gömrükçülər külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR