Gürcüstanda azərbaycanlı deputatlığa namizədin tərəfdarları həbs edildilər

Gürcüstanda azərbaycanlı deputatlığa namizədin tərəfdarları həbs edildilər
13:05 13 Oktyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında aksiya keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, aksiya ötən gecə rayonun Qızılhacılı kənd sakinlərinin saxlanılmasına etiraz olaraq təşkil edilib. Aksiyaya 300-ə yaxın şəxs qatılıb.
 
Ötən gecə Qızılhacılı kəndinin 6 sakini polis tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlar Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı Qızılhacılı kəndində yaradılan 48 saylı məntəqə seçki komissiyasında seçkilər günü baş verən qarşıdurmada iştiraka görə təqsirləndirilirlər.
Müxalif Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd Əhməd İmanquliyevin tərəfdarı olan həmin şəxslər məntəqədə səsvermə zamanı olan qanun pozuntularına etiraz əlaməti olaraq aksiya keçiriblər.
Gecə saatlarında onların yaşadıqları ünvana gələn polislər evlərdə axtarış aparıblar. Axtarış zamanı evlərə ziyan vurulduğu, sakinlərin təzyiqə məruz qaldığı bildirilib.
 
Gürcüstan parlamentinə deputatlığa namizəd Əhməd İmanqulilev, Azər Süleymanov, İsrafil Bayramov və Mahir Dərziyev də Polis İdarəsinin qarşısına gəliblər.
Saxlanılan şəxslər barəsində cinayət işi başlandığı bildirilir.
Qeyd edək ki, adı çəkilən 48 saylı məntəqədə proporsional və majoritar  sistemi üzrə keçirilmiş seçkilərin nəticələri ləğv olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/478956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR