Azərbaycanın pullarını ölkədən çıxarmaq istəyən şəxs tutuldu - FOTO

Azərbaycanın pullarını ölkədən çıxarmaq istəyən şəxs tutuldu - FOTO
13:12 13 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycandan Gürcüstan Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif  oğlunun idarə etdiyi "Mercedes E Class" markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə  idarənin "Sınıq Körpü" gömrük postunda gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 (səkkiz yüz min) ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı  araşdırma aparılır.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR