Dünya çempionu titullarından imtina edib

Dünya çempionu titullarından imtina edib
13:17 13 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Böyük Britaniyadan olan boksçu Tayson Fyuri WBO və WBA versiyaları üzrə dünya çempionluğu titulundan imtina edib. 
"Report"un məlumatına görə, ağır çəkidə çıxış edən idmançı bu addımını sağlamlıq məqsədilə atdığını bildirib.
Fyuri kəmərlərdən imtinasına belə izah verib: "Həmin titulları rinqdə qazanmışam və düşünürəm ki, rinqdə də təhvil verməliyəm. Ancaq indi həmin kəmərləri qoruya bilmərəm".
28 yaşlı idmançının dayısı və məşqçisi Piter Fyuri onun rinqə daha güclü formada qayıdacağını deyib: "Əminəm ki, Tayson yalnız geri dönməyəcək. O, həm də özünə məxsus olanları qaytaracaq".
Qeyd edək ki, T.Fyuri karyerası ərzində 25 döyüş keçirib və hamısında qələbə qazanıb. IBF, WBO və WBA versiyaları üzrə dünya çempionu adına sahib çıxıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/dunya-cempionu-titullarindan-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR