Azərbaycan deputatı sədr seçildi

Azərbaycan deputatı sədr seçildi
13:33 13 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva komitənin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri vəzifəsinə seçilib.

Azərbaycanlı millət vəkili bu vaxta qədər alt komitənin vitse-prezidenti vəzifəsini icra edib və eyni zamanda, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq hüquqları üzrə baş məruzəçisidir. (APA)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR