Balıqçılara müjdə: Olimpiadada yarışacaqlar

Balıqçılara müjdə: Olimpiadada yarışacaqlar
13:48 13 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

İdman Balıqçılıq Beynəlxalq Assosiasiyası (CİPS) bu idman növünün Tokio-2020 Olimpiya Oyunlarının proqramına salınması üçün müraciət edib.

Publika.az xəbər verir ki, Konfederasiya rəhbərliyi balıqçılığa olan marağı nəzərə alaraq, bunun Olimpiya hərəkatını daha da universallaşdıracağına ümid etdiyini bildirib. Müraciətdə o da qeyd olunub ki, yarış zamanı tutulan balıqlar zədə yetirilmədən yenidən suya buraxılsın.

Xatırladaq ki, Tokio-2020-də 5 yeni idman yarışları olacaq: beysbol, karate, skeytbordinq, dağadırmanma və sörfinq.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR