Bakıda dini vəsaitlər satan mağazada əməliyyat keçirildi

Bakıda dini vəsaitlər satan mağazada əməliyyat keçirildi
14:05 13 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində dini kitab və vəsaitlər satılan mağazalardan birində əməliyyat keçirilib.

Milli.Az bildirir kİ, bu barədə report-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, nəticədə çoxlu sayda qadağan olunan ədəbiyyat, Aşura mərasimlərində istifadə olunması üçün nəzərdə tutulan və üzərində radikal və dini ekstremizmi, dini ayrı-seçkiliyi təbliğ edən şüarlar yazılan köynəklər, baş geyimləri aşkar olunaraq götürülüb.

Faktla bağlı prokurorluqda araşdırmalar davam etdirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR