Putinin telefon nömrəsi saytda yerləşdirildi

Putinin telefon nömrəsi saytda yerləşdirildi
14:13 13 Oktyabr 2016
101 Dünya
Ölkə mətbuatı
A- A+

“Phonenumber.to” adlı saytında Rusiyanın 78 milyon vətəndaşının telefon nömrəsini yerləşdirilib.

Publika.az xəbər verir ki, hər kəs heç bir ödəniş etmədən onları əldə edə bilər.

Sayt telefon nömrələri, insanların ad və soyadlarından başqa, onların ünvanlarını da verib. Saytı yaradanlar iddia edirlər ki, telefon nömrələri açıq mənbələrdən toplanılıb. Məlumatların bir hissəsi insanların özləri tərəfindən əlavə olunub.

Saytda yerləşdirilən nömrələrin bir çoxu saxta olub. Amma istifadəçilər əmin edirlər ki, məlumatların çox hissəsi düzgündür.

Rusiya prezidenti Vladimir Putin və onun mətbuat katibi Dmitri Peskovun nömrələrinin də saytda yerləşdirilməsi xüsusi maraq doğurur.

Ömər Dağlı



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR