Bakıda qonşusunun evindən dəfələrlə oğurluq edən şəxs saxlanılıb

Bakıda qonşusunun evindən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
14:17 13 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakıda qonşusunun evindən dəfələrlə oğurluq edən şəxs saxlanılıb.
 "Report" un xəbərinə görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinin (PB) əməkdaşları oğurluq əməlinə görə əvvəllər dəfələrlə məhkum olunan Bakı şəhər sakini Bijdeley Viktor Vladimiroviçi tutub.
Məlum olub ki, V.Bijdeley qonşusunun evindən ayrı-ayrı vaxtlarda 3 dəfə oğurluq edib. Qonşunun həmin evdə mütamadi yaşamadığından xəbardar olan V.Bijdeley oradan, müxtəlif məişət əşyaları, televizor və noutbuk oğurlayraq satıb.
Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-qonsusunun-evinden-defelerle-ogurluq-eden-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR